"Qarabağ" - "Omoniya" matçı danimarkalı FIFA referisi Morten Kroxa həvalə edilib.
Bizim.Media xəbər verir ki, 33 yaşlı baş hakim karyerası ərzində ilk dəfə avrokubokların qrup matçını idarə edəcək.
Ona yan xətt hakimləri Nils Höq və Şteffen Bramsen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yorgen Burxardt yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.
Bizim.Media