Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülmüşdür.

Bizim.Media xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində" bildirilir.
 

Qeyd edilib ki, milli valyutanın mübadilə məzənnəsi əvvəlki ildəki kimi sabitliyini (1 ABŞ dollarına qarşı 1,7 manat) qorumuş, daxili tələb üçün əlverişli şərait yaradaraq maliyyə və istehlak qərarlarında valyuta risklərini məhdudlaşdırmışdır.


 Vurğulanıb ki, manatın məzənnəsinin sabit qalması, valyuta bazarında təklifin tələbi üstələməsi və xarici valyutaya tələbin zəifləməsi şəraitində əmanətlərin valyuta strukturunda manatın mövqeyinin möhkəmlənməsi maliyyə sistemində de-dollarlaşma prosesinin davam etdiyini göstərmişdir.

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, tənzimlənən mal və xidmətlərin tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,7% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,3% olacağı gözlənilir.

Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2030-cu ildə 137,0 milyard manata, xərclərinin isə 134,1 milyard manata qədər yüksəlməsi gözlənilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ildə təqdim olunan son proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 141,0 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 109,1 milyard manat təşkil edəcəyi gözlənilir. 2030-cu ildə isə ÜDM-in 169,1 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 138,6 milyard manata qədər artacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in 4,4 faiz olacağı proqnozlaşdırılır.

2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 82,0 faizə çatacağı proqnozlaşdırılır.
 

Baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-ci il üçün 65,0 ABŞ dolları və 2028-2030-cu illər üçün də eyni qalacağı fərz edilmişdir. Bununla yanaşı, 2029-cu ildən etibarən Abşeron yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun da sektorun ümumi inkişafına müsbət töhfə verməsi gözlənilir.


2027-ci ildə əsas kapitala olan investisiyalarda 2,4 faiz, ortamüddətli dövrdə isə orta illik 2,2 faiz artım olacağı proqnozlaşdırılır. Neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında 2027-2028-ci illərdə artım proqnozlaşdırılır.

Əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə proqnozlar, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya çərçivəsində qeyri-neft-qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artması hədəfi, dövlət investisiyalarının iqtisadi səmərəliliyinin yüksəldilməsi, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi və infrastruktur layihələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəzərə alınmışdır.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

Əli Həsənova yeni vəzifə verilir

Əli Həsənova yeni vəzifə verilir

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

Bakının bu rayonunda 30 bina söküləcək

Bakının bu rayonunda 30 bina söküləcək

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

"Qanuni oğru" titulundan imtina etdi - kriminal aləm qarışdı

"Qanuni oğru" titulundan imtina etdi - kriminal aləm qarışdı

“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”

“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”

“Emin Axundov iş adamıdır, gəlməyə bilər” dedi - Hakim etiraz etdi

“Emin Axundov iş adamıdır, gəlməyə bilər” dedi - Hakim etiraz etdi

Nə "Arsenal", nə də "Mançester Siti": Arda Güler qərarını verdi

Nə "Arsenal", nə də "Mançester Siti": Arda Güler qərarını verdi

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi AÇILDI - VİDEO

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi AÇILDI - VİDEO

End of content

No more pages to load

RADİO