Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında Finlandiya yığmasının məşqçisi zədələnib.
Bizim.Media-nın məlumatına görə, o, Salla Tamper - Reea Eraeheimo cütünün batut üzrə sinxron proqramı üzrə çıxışı zamanı xəsarət alıb.
Gimnastlardan biri tullanarkən öz sahəsindən kənara çıxıb. Onun yerə yıxılmasının qarşısını almaq istəyərkən məşqçi biləyindən zədələnib.
Xatırladaq ki, dünya çempionatı noyabrın 21-də başa çatacaq.
Bizim.Media