Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi AÇILDI - VİDEO

Sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü, "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə Respublikasının vətəndaşı Celal Çiftçi tərəfindən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
 

Bildirilib ki, araşdırma zamanı Azərbaycan Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 saylı qərarından sonra Azərbaycanda hakimiyyətin çevriliş və zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınması və təşviqinə yönələn dini radikalizm məzmunlu, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış materialların təkrar yayılması, eləcə də radikal məzmunlu müxtəlif başlıqlar altında təkrar çağırışların edilməsi müəyyən olunub.


Toplanmış materiallar əsasında Azərbaycan Baş prokuroru tərəfindən 16 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.

Hazırda onun və digər şəxslərin barəsində müvafiq istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir, eləcə də beynəlxalq əməkdaşlıq mexanizmləri çərçivəsində digər zəruri tədbirlər həyata keçirilir.
 

İbtidai istintaq çərçivəsində qeyd olunan məlumatların, habelə, bu xarakterli digər materialların məzmununun, hazırlanma və yayılma hallarının, eləcə də iş üçün əhəmiyyətli digər halların obyektiv, tam və hərtərəfli araşdırılması, əməllərə hüquqi qiymət verilməsi və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.


Baş Prokurorluq dini dözümlülüyün, qarşılıqlı hörmətin və ictimai həmrəyliyin qorunması naminə hər kəsi dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda KEÇİRİLƏCƏK - FOTO

Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda KEÇİRİLƏCƏK - FOTO

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə BAŞLAYIB

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə BAŞLAYIB

Hörmüz boğazında neft tankeri yanır – VİDEO

Hörmüz boğazında neft tankeri yanır – VİDEO

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

Əli Həsənova yeni vəzifə verilir

Əli Həsənova yeni vəzifə verilir

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

Bakının bu rayonunda 30 bina söküləcək

Bakının bu rayonunda 30 bina söküləcək

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

End of content

No more pages to load

RADİO