Azərbayca boksçusu Tayfur Əliyev dünya çempionatında ikinci döyüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, o, 1/16 finalda italiyalı Simone Spada ilə üz-üzə gəlib.
60 kiloqram çəki dərəcəsində mübarizə aparan 24 yaşlı idmançımız rəqibinə 5:0 hesabı ilə qalib gəlib. Bu qələbə T.Əliyevi 1/8 finala yüksəldib.
O, növbəti döyüşünü Finlandiyanı təmsil edən Arslan Xatayevə qarşı keçirəcək. Qarşılaşma oktyabrın 31-də baş tutacaq.
Bizim.Media