Bakı şəhəri, Xətai rayonunda açıq ərazidə baş verən yanğın söndürülüb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.
Qeyd edək ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media