Bu gün "Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, B yolunda yer alan təmsilçimiz 6-cı qrupdakı ilk matçında Ukraynanın "Uraqan" komandası ilə üz-üzə gəlib.
İvano-Frankovsk şəhərində keçirilən qarşılaşma Azərbaycan çempionunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Uraqan"ın heyətində qolları Nazar Şved və Artem Farenyuk vurublar. "Araz-Naxçıvan"dan isə Ramiz Çovdarov fərqlənib.
Bizim.Media