Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Aslan Ağayev yeni vəzifəyə təyin olunub.
Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, təcrübəli mütəxəssis bundan sonra Astara Olimpiya İdman Kompleksinin direktoru kimi fəaliyyətini davam etdirəcək.
Məhz bu səbəbdən 2005-2016-cı illərdə sərbəst güləş üzrə yığmada məşqçi kimi işləyən, 2017-ci ildən isə qadınlardan ibarət komandaya rəhbərlik edən Ağayev millinin baş məşqçisi vəzifəsindən ayrılıb.
Qeyd edək ki, qadın güləşçilər noyabrın 1-dən 7-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək U-23 dünya çempionatında millinin məşqçiləri Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında çıxış edəcək.
Bizim.Media