ABŞ-ın Florida ştatında yerləşən iri qolf klubunun ərazisində ABŞ prezidenti Donald Trampın 4,5 metr hündürlüyündə heykəli quraşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Golfweek” nəşri məlumat yayıb.
Abidə qızıl suyuna salınmış bürüncdən hazırlanıb.
Heykəl aprelin əvvəlində kurort ərazisində quraşdırılıb və postamentlə birlikdə ümumi hündürlüyü 6,7 metr təşkil edir.
Abidənin müəllifi, heykəltəraş Alan Kottrill 2024-cü ilin yayında Trampa qarşı edilən sui-qəsd cəhdindən sonra formalaşan obrazdan ilham alıb. Həmin hadisədən sonra yaralanmasına baxmayaraq Trampın yumruğunu qaldıraraq geri çəkilməyəcəyini nümayiş etdirməsi bu kompozisiyada əks olunub.
Xatırladaq ki, ötən ilin aprelində Donald Tramp “Trump International Golf Club” ərazisində özünə həsr olunmuş “Müqavimət abidəsi”nin açılışını etmişdi.
Bizim.Media