Ağ Ev Tramp və Kral III Çarlzın fotosunu “İki kral” sözləri ilə paylaşdı - FOTO

Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniya Kralı III Çarlzın birgə fotosunu paylaşaraq diqqət çəkən ifadə işlədib.

Bizim.Media xəbər verir ki, paylaşım Ağ Evin rəsmi “X” hesabında dərc olunub.

Fotoda Tramp və Kral III Çarlz Ağ Evdə keçirilən rəsmi qarşılanma mərasimi zamanı yan-yana dayanmış vəziyyətdə görünürlər. Şəklin üzərində isə “Two Kings” — “İki kral” sözləri yazılıb.
 

Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə doğurub. İstifadəçilər ifadənin ABŞ siyasi ənənələri baxımından qeyri-adi səsləndiyini qeyd ediblər. Çünki ABŞ prezidentlik respublikasıdır və ölkənin siyasi sistemində monarxiya anlayışı yoxdur.


Bəzi sosial şəbəkə istifadəçiləri Ağ Evin bu ifadəsini zarafat və diplomatik kompliment kimi qiymətləndiriblər. Digərləri isə “iki kral” ifadəsinin prezidentə aid işlədilməsini tənqid edərək bunu ABŞ-ın respublika ənənələri ilə uyğun saymayıblar.

Şəkil Kral III Çarlz və Kraliça Kamillanın ABŞ-a rəsmi səfəri fonunda paylaşılıb. Britaniya monarxını Ağ Evdə Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayıb.
 

Qeyd edək ki, III Çarlzın ABŞ səfəri bir sıra müzakirələrlə müşayiət olunur. Daha əvvəl Britaniya mətbuatı monarxın Tramp ilə Oval kabinetdəki görüşünün kameralar olmadan keçiriləcəyini yazmışdı. Buna səbəb kimi Ağ Evdə gözlənilməz siyasi qalmaqal riskindən ehtiyat edilməsi göstərilmişdi.


Bundan başqa, ABŞ mediasında Trampın Kral III Çarlzla söhbəti zamanı Rusiya Prezidenti Vladimir Putin barədə danışdığı iddiaları da yayılıb. “New York Post” dodaq oxuma üzrə ekspertə istinadən yazıb ki, Tramp kral ilə söhbətdə Putinin “müharibə istədiyini” deyib.

Ağ Evin “İki kral” paylaşımı isə bütün bu müzakirələrin fonunda ayrıca gündəm yaradıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səbinədən hit mahnısı ilə bağlı etiraf: “Elə-belə yazmışdım” – VİDEO

Səbinədən hit mahnısı ilə bağlı etiraf: “Elə-belə yazmışdım” – VİDEO

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

End of content

No more pages to load

RADİO