"Anadolu"nun baş direktoru: “Erməni lobbisinin cəhdləri uğursuz oldu”

"Qarabağdakı qələbə türk dünyasının son illərdəki ən böyük uğurlarından biridir".

Bizim.Media xəbər verir ki, bunu "Anadolu" agentliyinin (AA) İdarə Heyətinin rəhbəri və baş direktoru Sərdar Karagöz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində təşkil olunan “Türk dünyasının simasında gələcəyi qur” panelində çıxışında deyib.

Karagöz türk dünyasının Qarabağ mövzusunda ideoloji və praktiki baxımdan birlik nümayiş etdirdiyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı, İrəvan, Moskva nəyi müzakirə etməyə hazırlaşır? - DETALLAR 


“Biz bəyanatlarımızda maksimum birlik nümayiş etdirməyə çalışdıq. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini əsas hesab edirəm. Bu, birlik yaratmaq üçün atılan bir addımdır və bizim üçün yeni qapılar açır".

Agentlik rəsmisi vurğulayıb ki, Qarabağdakı qələbə təkcə hərbi zəfər deyil, türk dünyasını birləşdirən möhtəşəm və əsaslı qalibiyyətdir: "İkinci Qarabağ müharibəsi 44 gün davam etdi.

Lakin münaqişənin bütün dövrünü, hətta hərbi əməliyyatlar başlamazdan əvvəlki tarixləri də nəzərə alsaq, görərik ki, dünya Azərbaycanın haqsızlıqdan əziyyət çəkdiyini heç vaxt tanımayıb, başqalarının da tanımasına imkan verməyib.
 

Azərbaycan torpaqlarının işğalı ilə bağlı Qərb və Şərq mediasında geniş məqalələr, analitiklər və bəyanatlar olmayıb. Yalnız Türkiyə və Azərbaycanda, bütövlükdə türk dünyasında torpaqların işğalı faktı israrla söylənilib".


Karagözün sözlərinə görə, uzun illər Azərbaycan guya Ermənistana təzyiq edirmiş kimi görünüb:

"Bu, münaqişənin ilk günündən zəfər gününə qədər davam etdi. Lakin siyasi gücümüz və nüfuzumuz qlobal rəqabət fonunda güclənməyə başladı. Hərbi baxımdan güclü olmaq kifayət deyil. Siyasi baxımdan iki ölkənin güclü liderləri - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev ciddi iradə nümayiş etdirdilər".

Baş direktor əlavə edib ki, erməni diasporunun əsas mərkəzi Kaliforniyadadır. İkinci mərkəz Fransada yerləşir. Bu iki mərkəz beynəlxalq mediaya müqavimət göstərməyə başladı. Amma bölgəyə gələn xarici jurnalistlər reallıqları öz gözləri ilə gördülər.

Ermənistanın törətdiyi zorakılığı gördülər, işğal olunmuş torpaqlarda baş verən dağıntıları, həm dinc əhaliyə, həm də tarixi irsə qarşı törədilən cinayətləri fotoşəkillərlə çəkdilər.
 

Nəticədə 44 gündən sonra, qələbə günündə güclü erməni lobbisinin cəhdlərinə baxmayaraq, dünya ictimaiyyətindən heç bir mənfi reaksiya olmadı. Qələbə təkcə döyüş meydanında deyil, həm də informasiya sahəsində qazanıldı”.


Karagözün fikrincə, media Qarabağdakı qələbənin informasiya tərəfini həmişə nəzərə almalı və başqa nə edilə biləcəyini düşünməlidir: “İnanıram ki, Qarabağdakı zəfər sayəsində türk dünyasının əldə etdiyi uğurlar qarşıdakı dövrlərdə də yeni qələbələrin, nailiyyətlərin qapılarını açacaq” (report).

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

End of content

No more pages to load

RADİO