İranın cənubundakı Sirik şəhərində toy mərasiminə endirilən zərbə nəticəsində iki nəfər həlak olub, daha bir neçə nəfər isə yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Tasnim" agentliyinə Hörmüzqan əyalətinin qubernatorunun siyasi və təhlükəsizlik məsələləri üzrə müavini məlumat verib.
Bu zərbə ABŞ-nin İranın cənubuna yönəlmiş yeni hücumları fonunda endirilib. Vaşinqton həmin hücumları İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH / İİKK) obyektləri ilə əlaqələndirir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Amerika qüvvələri sentyabrın 1-də İranda SEPAH obyektlərinə zərbələr endirməyə başlayıb.
Vaşinqtonda bəyan ediblər ki, hədəf olaraq xüsusilə hərbi komandanlıq məntəqələri, raket və pilotsuz uçuş aparatının yerləşdiyi obyektlər seçilib. Bu əməliyyat SEPAH-ın Hörmüz boğazında kommersiya gəmilərinə və regiondakı Amerika hərbçilərinə hücum cəhdlərinə cavab olaraq həyata keçirilib.
Bizim.Media