2025-ci ildə Azərbaycanda təbii mənbələrdən 13.77 milyard kubmetr su götürülüb. Bunun 9.97 milyard kubmetri istehlak edilib, 3.8 milyard kubmetri isə nəql zamanı itkiyə gedib.
Bizim.Media bildirir ki, götürülən suyun təxminən hər dörd kubmetrindən biri istehlakçıya çatmadan sistemdə itirilib.
Su itkisi 2024-cü illə müqayisədə 5 faiz artıb. Bu göstərici su infrastrukturuna investisiya ehtiyacının hələ də yüksək olduğunu göstərir. (banker.az)
Bizim.Media