İran hərbçiləri Yaxın Şərqdəki Amerika qüvvələrinə zərbələr endirməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İran qüvvələri ABŞ-nin regiondakı bazalarına hücum etmək üçün raketlərdən və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir.
Bundan əvvəl, sentyabrın 1-də ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana güclü və genişmiqyaslı zərbələr endirdiyini bəyan etmişdi. O, həmçinin Tehrana cavab addımlarından çəkinməsi barədə xəbərdarlıq edib.
Bizim.Media