Polina Rəhimova Azərbaycanın voleybol millisindəki karyerasını bitirib.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, 36 yaşlı idmançı son olaraq Avropa çempionatının 1/8 finalında Türkiyə yığması ilə matçda iştirak edib.
İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalında baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:16, 25:22).
Xatırladaq ki, Polina Rəhimova 2007-ci ildən Azərbaycan millisinin formasını geyinib.
Bizim.Media