“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, təmsilçimiz turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Niderlandda yerli “Alkmaar” komandası ilə cavab matçında qarşılaşıb.
Xorvatiyalı Dario Belin idarə etdiyi qarşılaşmaya Azərbaycan təmsilçisinin ağır məğlubiyyəti ilə başa çatıb – 7:0.
Qəbələdəki ilk görüşdə də Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanmışdı. Beləliklə, hər iki oyunda böyük hesabla uduzan “Qəbələ” mübarizəni erkən dayandırıb.
Bizim.Media