Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Bizim.Media-nın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 3-cü sınağında Finlandiya ilə üz-üzə gələcək.
Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 20:30-da başlayacaq. Matçı Belarusdan olan FIFA referisi Viktor Şimusik idarə edəcək.
Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya və Avstriyaya məğlub olub. Yığma hazırda sonuncu - 5-ci pillədə qərarlaşıb. Finlandiya isə 3 xalla 4-cüdür.
Qeyd edək ki, qrupun digər matçlarında Xorvatiya Norveçi, Estoniya Avstriyanı qəbul edəcək.
Bizim.Media