“Crescent Mall”da həyəcan siqnalı verilib və ticarət mərkəzindəki şəxslər təxliyə olunub.
Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir ki, buna səbəb siqnalizasiya qurğusunun işə düşməsi olub.
Sonradan siqnalizasiya söndürülüb. Qurğunun hansı səbəbdən işə düşdüyü bəlli deyil.
Təşvişə düşən ziyarətçilər və Ticarət Mərkəzinin əməkdaşları qısa müddətə binanı tərk ediblər. Hazırda əməkdaşların iş yerlərinə qayıtdığı bildirilir. Binanın mühafizəçiləri isə təşvişə ehtiyac olmadığını bildiriblər.
Bizim.Media