Lukaşenko Kiyevi Putinlə qorxudur - NATO Ukraynada baza açır?

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın öz ərazisinə “gizlicə NATO qoşunlarını buraxdığını” bəyan edib. “Siz görürsünüzmü, onlar oradadır, Ukraynadadır, NATO qoşunlarını çəkib gətirirlər.

Təlim mərkəzləri adı altında onlar faktiki olaraq baza yaradırlar. Ukraynada ABŞ bazaları yaradırlar”,-Lukaşenko ötən gün sentyabrın 27-də belə deyib.

Bizim.Media xəbər verir ki, Belarus prezidenti əlavə edib ki, o, Rusiya prezidenti Vladimir Putinlə bu təhdidə qarşı birgə fəaliyyət yollarını müzakirə edib. Və razılığa gəliblər ki, Ukraynada NATO bazalarının olması hər iki ölkə üçün “qırmızı xəttin” keçilməsidir və buna qarşı tədbirlər görmək lazımdır.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Lukaşenko ilə görüşəcək   


Bunun ardınca Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə təsdiq edib ki, həqiqətən Belarus və Rusiya prezidentləri dəfələrlə NATO-nun Ukrayna ərazisinə doğru genişlənməsi mövzusunu müzakirə ediblər.

“NATO-nun hərbi infrastrukturunun potensial olaraq Ukraynaya doğru genişlənməsi mövzusu dəfələrlə Rusiya prezidenti tərəfindən gündəmə gətirilib, bunun Rusiya üçün “qırmızı xətt” olduğu ifadə edilib.

Rusiya və Belarusun NATO-nun genişlənməsinə qarşı cavab tədbirləri iki dövlətin təhlükəsizliyinin təmin edilməsinə dair fəaliyyətlərdən ibarət olacaq”,-Peskov bildirib.

NATO üzvü olmayan, lakin şimal alyansına üzvlük məramını dəfələrlə bəyan edən Ukrayna hər iki xəbərdarlığı rədd edib və bildirib ki, Kiyev özünün təhlükəsizlik siyasətini müstəqil təyin edəcək . “Moskva qoy Rusiyanın daxilində baş verənlərdən narahat olsun.
 

Putinin “qırmızı xətləri” Rusiyanın sərhədləri daxilində qoyula bilər. Rusiya-Ukrayna sərhədinin bizə aid olan hissəsində Ukrayna xalqı, Ukrayna və Avropanın təhlükəsizliyi üçün nəyin lazım olduğunu biz özümüz müəyyən edirik”,-Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Minsk və Moskvadan edilən xəbərdarlıqları rədd edərək bildirib.


Xatırladaq ki, Rusiya bu ilin əvvəllərində Ukrayna sərhədi boyunca, habelə ilhaq olunmuş Krımda 120 minlik əsgəri qüvvə cəmləşdirmişdi.

Belə narahatlıqlar vardı ki, Moskva Kiyevi Donbass üzərinə hücumda günahlandıraraq Ukraynanın yeni ərazilərini tutmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq.

Sonradan ABŞ və Rusiya prezidentləri arasında telefon danışıqlarından sonra gərginlik azalsa da son günlər Rusiya qoşunlarının yenidən Ukrayna sərhədlərinə cəmləşdirildiyi haqda xəbərlər gəlir (virtualaz.org).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

BŞİH-in tərkibində ÜÇ QURUM yaradıldı

BŞİH-in tərkibində ÜÇ QURUM yaradıldı

Özü edam etsə də, ölənədək onu unuda bilmədi... – I Pyotrun gizli sevgilisinin FACİƏVİ TALEYİ

Özü edam etsə də, ölənədək onu unuda bilmədi... – I Pyotrun gizli sevgilisinin FACİƏVİ TALEYİ

Tehranda pravoslav kilsəsi qarət edildi

Tehranda pravoslav kilsəsi qarət edildi

İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

“Qarabağ” yeni mövsümün hazırlıqlarına start verdi

“Qarabağ” yeni mövsümün hazırlıqlarına start verdi

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir

DİM bu şəxslərin anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN

DİM bu şəxslərin anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN

Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO

Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO

Tramp: İrana çox güclü hücum etməyə hazırlaşırıq!

Tramp: İrana çox güclü hücum etməyə hazırlaşırıq!

Eldar Əzizovun tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq

Eldar Əzizovun tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir - FƏRMAN

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir - FƏRMAN

Almaniyalı futbolçu “Karvan-Yevlax”dan ayrıldı

Almaniyalı futbolçu “Karvan-Yevlax”dan ayrıldı

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

Müəllimlərin NƏZƏRİNƏ: Bu məktəblərə qəbul ELAN EDİLDİ

Müəllimlərin NƏZƏRİNƏ: Bu məktəblərə qəbul ELAN EDİLDİ

İsraildən Ərdoğanın “İsrail Türkiyə üçün təhdiddir” ittihamlarına SƏRT REAKSİYA

İsraildən Ərdoğanın “İsrail Türkiyə üçün təhdiddir” ittihamlarına SƏRT REAKSİYA

“Şəfa” daha 3 futbolçunu göndərdi

“Şəfa” daha 3 futbolçunu göndərdi

Macarıstan Ukraynaya silah verməkdən İMTİNA ETDİ

Macarıstan Ukraynaya silah verməkdən İMTİNA ETDİ

Piyadalara bu lazım deyil! - Ekspertdən mərkəzi küçələrlə bağlı TƏNQİD

Piyadalara bu lazım deyil! - Ekspertdən mərkəzi küçələrlə bağlı TƏNQİD

Yasamal rayonunda obyektdə yanğın başlayıb - VİDEO

Yasamal rayonunda obyektdə yanğın başlayıb - VİDEO

Prezidentin köməkçisi: "Regionda sülhün bərqərar olması xarici siyasətimizdə yeni imkanlar yaradıb"

Prezidentin köməkçisi: "Regionda sülhün bərqərar olması xarici siyasətimizdə yeni imkanlar yaradıb"

Müctəba Xamenei barədə gözlənilməz detal: TOEFL sertifikatı var - VİDEO

Müctəba Xamenei barədə gözlənilməz detal: TOEFL sertifikatı var - VİDEO

Nazir: Cəmiyyət uşaqların üstünə təhsillə bağlı yük qoyur

Nazir: Cəmiyyət uşaqların üstünə təhsillə bağlı yük qoyur

End of content

No more pages to load

RADİO