Piyadalara bu lazım deyil! - Ekspertdən mərkəzi küçələrlə bağlı TƏNQİD

Bakının bəzi mərkəzi küçə və prospektlərində səki örtüklərinin yenilənməsi işlərinə başlanılıb. Lakin təmir işlərinin bütöv deyil, yalnız müəyyən hissələr üzrə aparılması diqqətdən yayınmayıb.

Bizim.Media xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev sosial şəbəkə hesabında paytaxtın piyada infrastrukturundakı mövcud vəziyyətlə bağlı mühüm məqamlara toxunub.
 

Ekspert Heydər Əliyev prospektində, eləcə də Şixəli Qurbanov və Zivər bəy Əhmədbəyov küçələrində səkilərin yenilənməsini müsbət addım kimi dəyərləndirsə də, işlərin aparılma formasını tənqid edib:


"Piyada infrastrukturuna investisiya şəhər həyatının keyfiyyətini artıran vacib addımlardandır. Amma bir sual yaranır: niyə bu işlər fraqmental şəkildə həyata keçirilir? Niyə küçənin yalnız müəyyən hissəsi yenilənir, qalan hissəsi isə əvvəlki vəziyyətdə qalır? Niyə küçə və prospektlər piyada marşrutu kimi bütöv şəkildə, hər iki istiqamətdə təmir olunmur?

Piyada üçün əsas məsələ 100-200 metrlik yaxşı səki deyil, mənzilindən təyinat nöqtəsinə qədər rahat, təhlükəsiz və fasiləsiz hərəkət edə bilməsidir. Marşrutun bir hissəsinin ideal, digər hissəsinin isə yararsız olması ümumi rahatlığı təmin etmir".

R.Ağamirzəyev vurğulayıb ki, şəhərsalma baxımından daha düzgün yanaşma küçə və prospektlərin kompleks şəkildə yenilənməsidir.

Onun sözlərinə görə, səki örtüyü ilə yanaşı bordürlər, panduslar, piyada keçidlərinə çıxışlar və dayanacaq ətrafı da vahid layihə çərçivəsində həll edilməlidir:

"Ümid edirəm ki, görülən işlər növbəti mərhələlərdə davam etdiriləcək və paytaxtın əsas küçələrində piyada infrastrukturu ayrı-ayrı hissələr üzrə deyil, bütöv marşrut prinsipi əsasında formalaşdırılacaq". (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

End of content

No more pages to load

RADİO