Küveytdə Anım Günü ilə bağlı mətbuat konfransı keçirildi - FOTOLAR

Azərbaycanın Küveytdəki səfirliyi 27 sentyabr – Anım Günü ilə bağlı yerli media nümayəndələri üçün mətbuat konfransı keçirib.

Tədbir iştirakçıları şəhidlərimizin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman bu ölkənin nüfuzlu KİV-ləri – “Al Wasat” portalı, “Dasman” informasiya agentliyi, “Əl Qabas”, “Əl Ray” qəzetləri və digər nəşrlərin müxbirlərinə 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi, torpaqların Ermənistanın işğalından azad edilməsi, rəşadətli əsgərlərimizin qəhrəmanlığı haqqında məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Madriddə Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldı - FOTO


O vurğulayıb ki, erməni işğalçıları Azərbaycan ərazilərində İslam abidələrini, məscidləri dağıdıb və təhqir ediblər.

Səfir diqqətə çatdırıb ki, Küveyt Birinci Qarabağ müharibəsi dövründə Azərbaycandakı qaçqınlara humanitar yardım göndərib və 44 günlük müharibə zamanı da ölkəmizin haqlı mübarizəsini dəstəkləyib.

E.Qəhrəman əlavə edib ki, Küveyt də daxil olmaqla İslam Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələr öz dəstəyini ifadə ediblər.

Sonra media nümayəndələrinə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

Səfir qeyd edib ki, artıq Türkiyə, Çin, İtaliyanın şirkətləri bu prosesdə iştirak edirlər. Küveyt şirkətlərini də Qarabağda gedən tikinti-quruculuq işlərində iştirak etməyə dəvət edən diplomatımız qeyd edib ki, bu məsələ iki ölkənin qarşıdakı Hökumətlərarası birgə komissiyasının iclasında müzakirə ediləcək.

Küveytli jurnalistlərə erməni vandalizmini əks etdirən fotoşəkillər nümayiş etdirilib.

Bizim.Media
​​​​​​​





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

BŞİH-in tərkibində ÜÇ QURUM yaradıldı

BŞİH-in tərkibində ÜÇ QURUM yaradıldı

Özü edam etsə də, ölənədək onu unuda bilmədi... – I Pyotrun gizli sevgilisinin FACİƏVİ TALEYİ

Özü edam etsə də, ölənədək onu unuda bilmədi... – I Pyotrun gizli sevgilisinin FACİƏVİ TALEYİ

Tehranda pravoslav kilsəsi qarət edildi

Tehranda pravoslav kilsəsi qarət edildi

İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

“Qarabağ” yeni mövsümün hazırlıqlarına start verdi

“Qarabağ” yeni mövsümün hazırlıqlarına start verdi

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir

DİM bu şəxslərin anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN

DİM bu şəxslərin anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN

Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO

Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO

Tramp: İrana çox güclü hücum etməyə hazırlaşırıq!

Tramp: İrana çox güclü hücum etməyə hazırlaşırıq!

Eldar Əzizovun tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq

Eldar Əzizovun tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir - FƏRMAN

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir - FƏRMAN

Almaniyalı futbolçu “Karvan-Yevlax”dan ayrıldı

Almaniyalı futbolçu “Karvan-Yevlax”dan ayrıldı

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

Müəllimlərin NƏZƏRİNƏ: Bu məktəblərə qəbul ELAN EDİLDİ

Müəllimlərin NƏZƏRİNƏ: Bu məktəblərə qəbul ELAN EDİLDİ

İsraildən Ərdoğanın “İsrail Türkiyə üçün təhdiddir” ittihamlarına SƏRT REAKSİYA

İsraildən Ərdoğanın “İsrail Türkiyə üçün təhdiddir” ittihamlarına SƏRT REAKSİYA

“Şəfa” daha 3 futbolçunu göndərdi

“Şəfa” daha 3 futbolçunu göndərdi

Macarıstan Ukraynaya silah verməkdən İMTİNA ETDİ

Macarıstan Ukraynaya silah verməkdən İMTİNA ETDİ

Piyadalara bu lazım deyil! - Ekspertdən mərkəzi küçələrlə bağlı TƏNQİD

Piyadalara bu lazım deyil! - Ekspertdən mərkəzi küçələrlə bağlı TƏNQİD

Yasamal rayonunda obyektdə yanğın başlayıb - VİDEO

Yasamal rayonunda obyektdə yanğın başlayıb - VİDEO

Prezidentin köməkçisi: "Regionda sülhün bərqərar olması xarici siyasətimizdə yeni imkanlar yaradıb"

Prezidentin köməkçisi: "Regionda sülhün bərqərar olması xarici siyasətimizdə yeni imkanlar yaradıb"

Müctəba Xamenei barədə gözlənilməz detal: TOEFL sertifikatı var - VİDEO

Müctəba Xamenei barədə gözlənilməz detal: TOEFL sertifikatı var - VİDEO

Nazir: Cəmiyyət uşaqların üstünə təhsillə bağlı yük qoyur

Nazir: Cəmiyyət uşaqların üstünə təhsillə bağlı yük qoyur

End of content

No more pages to load

RADİO