Prezident xüsusi təyinatlılarla bağlı maraqlı detalları açıqladı – “7 hərbi qrup yaratmışdım” 

“Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar. Onlar bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək, peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə bu barədə məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bu şirkətlərə qarşı hüquqi tədbirlərə başladı - Prezident


“Mən xüsusi təyinatlı qüvvələrə həmişə ayrıca diqqət yetirmişəm. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub.

Mən dəfələrlə onlarla görüşmüşəm və görmüşəm ki, biz həqiqətən çox yüksək döyüş qabiliyyətli, çox mürəkkəb məsələləri həll edə biləcək hərbi vahid yaratmışıq. 
 

Döyüş əməliyyatlarının gedişinə qayıtmalı olsaq, deməliyəm ki, bu ərazinin relyefi bizim üçün çox əlverişsiz idi. Biz, əslində, dağlara dırmaşırdıq.


Erməni tərəfi yüksəkliklərdəki bütün əsas mövqeləri, bir neçə müdafiə xəttini tutmuşdu və relyef də müdafiə xəttidir, o da istehkamdır.

Buna görə biz peşəkarlıq və əzmkarlıq möcüzələri, güc və Vətənə sevgi nümayiş etdirməli olduq. Odur ki, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. 

Biz müxtəlif strukturların tərkibində bir neçə xüsusi təyinatlı bölmə yaratdıq. Sərhəd qoşunlarının xüsusi təyinatlıları hərbi əməliyyatlarda, bir sıra yaşayış məntəqələrinin azad olunmasında çox fəal və səmərəli iştirak ediblər.  

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək istərdim, çünki onlar da hərbi əməliyyatların gedişinə fəal qoşulublar.

Biz onları hazırlayır və təchiz edirdik, lakin əvvəlcə onların istifadəsini nəzərdə tutmamışdıq. Sərhəd Xidmətini də, Daxili Qoşunları da döyüş texnikası ilə təchiz etmişdik, ola bilsin ki, bu, onların birbaşa fəaliyyət növü üçün o qədər də səciyyəvi deyildi. Demək istəyirəm, mən bu cür bacarıqlı mobil hərbi qruplar yaradırdım ki, onlar özlərinin birbaşa vəzifələrindən əlavə, ərazilərin azad edilməsi üzrə funksiyaları da yerinə yetirə bilsinlər. 

Hərbi əməliyyatların müəyyən mərhələsində biz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarını da cəlb etdik.
 

Dəniz piyadaları da, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi əməliyyat qüvvələri də özlərini çox fəal və səmərəli göstərdilər.  


Beləliklə, bizdə 7 xüsusi təyinatlı qüvvə vardı, lakin əlbəttə, əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi.

Onların fəaliyyətinin əlaqələndirilməsi də çox böyük əhəmiyyət kəsb edirdi, çünki onlar bir çox əməliyyatı birlikdə həyata keçirirdilər. Onların fəaliyyətinin əlaqələndirilməsi hərbi əməliyyatın uğurunda çox mühüm rol oynayırdı. Onlar hamısı qəhrəmanlıq göstərib, yüksək ordenlərlə, medallarla təltif edilib və biz onlarla fəxr edə bilərik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

End of content

No more pages to load

RADİO