Hindistanda bir tələbə qrup halında kişilərin cinsi təcavüzünə məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu hadisə ölkədə böyük səs-küyə səbəb olub. Xəstəxanada müalicəsi davam edən 23 yaşlı qızı 5 nəfər cinsi istismar edib.
Ölkədə sözgüdən problemə qarşı qanunlar sərtləşdirilir. Hətta iş edam cəzasına kimi gəlib çıxıb. Lakin bütün bunlara baxmayaraq təcavüz xəbərlərinin ardı-arası kəsilmir.
Hindistanda 2018-ci ildə 33 min 977 təcavüs faktı qeydə alınıb. Bu rəsmi rəqəmlərə baxmayaraq sayın daha yüksək olduğu iddia edilir.
Bizim.Media