Ukrayna 8–9 may tarixlərində atəşkəsə əməl etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya atəşkəsə əməl etməyərək, Ukraynaya qarşı bir sıra hücumlar həyata keçirib.
“Bu addımlar Vladimir Putin tərəfindən elan olunan 9 May atəşkəsini faktiki olaraq mənasız edir”, - müdafiə nazirinin müşaviri qeyd edib.
Qeyd edək ki, Rusiya 9 May - Qələbə Günü ilə əlaqədar olaraq 8 və 9 may 2026-cı il tarixlərində birtərəfli atəşkəs elan edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın təklifini rəsmən qəbul etməyib, əvəzində o, mayın 5-6-sında özünün "sükut rejimi"ni elan etmişdi.
Bizim.Media