Tramp və Lula da Silvanın görüşü Braziliyanın xahişi ilə qapalı keçirilib.
ABŞ Prezidenti Donald Tramp və Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın Ağ Evdəki danışıqları mətbuat üçün qapalı formatda baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın "ABC" qəzeti məlumat yayıb.
Ağ Evin dərc etdiyi cədvələ əsasən, səfər və danışıqların əvvəlcə mətbuat üçün açıq olması gözlənilirdi, bu səviyyəli ikitərəfli görüşlər üçün xarakterikdir.
“Açıq keçirilməli olan görüş Lulanın xahişi ilə qapalı görüşə çevrildi", - məlumatda vurğulanıb.
Bizim.Media