Rusiyada koronavirus infeksiyasına yoluxanların sayı son sutkada 21 min artaraq 6 milyon 726 min 523-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, son gün ərzində virusdan 797 nəfər ölüb. Beləliklə də COVID 19-dan ölənlərin ümumi sayı 175 min 282-ə çatıb.
Rusiyada koronavirusa yoluxanların 2,61%-i dünyasını dəyişib.
Bizim.Media