Türkiyənin Muğla vilayətinin Köyceğiz rayonunda bir neçə nöqtədə yenidən meşə yanğınları baş verib. Hələlik yanğınların dəqiq məkanı, əhatə dairəsi və səbəbləri barədə müfəssəl məlumat yoxdur.
Bizim.Media Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hazırda yanğın yerlərinə təyyarələrlə su tökülür.
Qeyd edək ki, Köyceğiz rayonu iyunun 28-dən Türkiyədə baş verən təhlükəli meşə yanğınların tüğyan etdiyi bölgə olub. İyulun 31-dən başlayaraq Azərbaycan yanğınsöndürənləri bu bölgədə alovlara qarşı qətiyyətli mübarizə aparıb meşələri yanğından xilas ediblər.
Bizim.Media