Kabil hava limanında baş verən izdiham və atışma nəticəsində ən azı 5 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Reuters agentliyi şahidlərə istinadən yayıb.
Şahidlərdən birinin dediyinə görə, o, beş qurbanın cəsədinin maşına yükləndiyini görüb. Eyni zamanda, başqa bir şahid bildirib ki, insanların hansı şəraitdə öldüyü barədə hələ dəqiq məlumat yoxdur.
Al Arabiya telekanalı hadisə nəticəsində 4 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını deyib.
Daha əvvəl ABŞ hərbçiləri kütlənin Kabul hava limanının daxil olduqdan sonra havaya xəbərdarlıq atəşi açıb.
Bizim.Media