Əfqanıstanın Həmid Kərzai adına beynəlxalq hava limanından mülki kommersiya uçuşları dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə hava limanının rəhbərliyi açıqlama verib.
Rəhbərlik insanları hava limanına getməkdən çəkinməyə çağırıb.
Qeyd edək ki, avqustun 15-də "Taliban" paytaxt Kabilə daxil olub. Prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.
Bizim.Media