Yaponiyada güclü yağışlar itkilərə səbəb olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ölkənin cənub qərbi və mərkəzi hissələrinə leysan yağışların nəticəsində 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb və daha dörd nəfər itkin düşüb.
Qeyd edək ki, ölkənin cənub-qərbindəki bəzi bölgələrdə son üç gündə 700 ilə 1000 mm arasında yağıntı düşüb ki, bu da avqust ayının ortalama normasından 3 dəfə çoxdur.
Bizim.Media