Yunanıstanın Krit adasında koronavirusla bağlı məhdudiyyətlər uzadılıb.
Bizim.Media xarici mətbuata istinadla bildirir ki, adada 1:00 -dan 6:00-ya qədər komendant saatı tətbiq olunacaq. Kafe, restoran və əyləncə məkanları musiqisiz işləyəcək..
Qaydaların pozulmasına görə 50-200 min avro arasında cərimə nəzərdə tutulur.
Otellərdə musiqi və əyləncə qadağası tətbiq edilmir. Turistlərdən komendant saatına riayət etmələri xahiş olunur.
Gündüzlər şəhəri gəzmək və görməli yerləri ziyarət etmək məhdudiyyəti yoxdur.
Qeyd edək ki, bəzi bölgələrdə, o cümlədən Yunanıstanın məşhur Mikonos və Santorini adalarında vəziyyət kritik həddə çatıb.
Bizim.Media