Nigeriyanın mərkəzi hissəsindəki Plato ştatında ziyarətdən qayıdan zəvvarlara hücum zamanı azı 22 nəfər öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Müsəlman zəvvarların olduğu beş avtobus karvanına hücum edilib, 22 insan öldürülüb, daha 14 nəfər yaralandılar.
Nigeriyanın “Premium Times Nigeria” qəzeti xəbər verir ki, yolda pusqu təşkil edilib. Nəşrin sözlərinə görə, hücumun motivləri hələlik naməlumdur.
Bizim.Media