"Paşinyanın məqsədi KTMT-ni gözdən salmaqdır” - Millət vəkilindən Qərbin tapşırıqları haqda ŞƏRH

“Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər həllini tapmamasının başlıca səbəbi də məhz münaqişənin tənzimlənməsi prosesində vasitəçiliyi həyata keçirmiş ATƏT-in MQ-nin geosiyasi mübarizəsi oldu. Artıq postmünaqişə mərhələsində də aydın görünür ki, ATƏT-in MQ üçün münaqişənin tənzimlənməsi deyil, məhz davam etməsinə nail olmaq prioritet təşkil edib"

Bu fikirlər millət vəkili Elşad Mirbəşiroğlunun Bizim.Media ilə bölüşüb. Deputat ATƏT-in Minsk Qrupunun konfliktin davam etməsini istəməsini belə izah edib:

"Çünki imzalanmış birgə bəyanatın şərtlərinə əməl olunması postmünaqişə mərhələsində sülhə və təhlükəsizliyə xidmət edəcək növbəti elementləri yarada bilər. Lakin Ermənistan getdikcə təxribatlarını daha da intensivləşdirir. Bu təxribatlar Ermənistan ağır məğlubiyyət durumunu heç bir halda dəyişə bilməz. Buna baxmayaraq, düşündürücü məqamları qeyd etmək vacibdir.

Belə ki, Birgə bəyanatın sadəcə kağız üzərində qalması üçün Qərbin ciddi siyasi və maliyyə resursları səfərbər etdiyi göz önündədir. 

ATƏT-in MQ-nin digər həmsədrləri ABŞ və Fransa Rusiyanın birbaşa vasitəçiliyi ilə tənzimləməni heç bir halda qəbul etmək istəmirlər. Qeyd etdiyim kimi, münaqişənin indiki şərtlər daxilində aradan qalxması digər həmsədrlərin regionda mövcudluğunu əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu baxımdan, Ermənistanı təxribatlara sövq etməklə, münaqişənin hələ də davam etdiyi təəssüratı yaradılmaqdadır. Qərb dairələrinin düşüncəsinə görə, belə olan halda “tənzimləmə” məsələsini aktuallaşdırmaq və Minsk Qrupunu yenidən proseslərə cəlb etmək olar.
 

N. Paşinyanın hökumətin sonuncu iclasında səsləndirdiyi fikirlər də aydın göstərir ki, təlimatlar Qərbdən gəlir və əsas hədəf ATƏT-in MQ platformasında yenidən müzakirələrə nail olmaqdan ibarətdir.


Belə ki, Paşinyanın Azərbaycanla danışıqlara hazır olduğunu bildirməsi heç də konstruktivlikdən xəbər vermir. Əksinə, siyasi təxribatların daha intensivləşdirildiyini göstərir. Çünki, təcavüzkar Ermənistanın baş naziri məhz münaqişənin tənzimlənməsi istiqamətində Azərbaycanla danışıqlara hazır olduğunu bildirir. Əlavə olaraq da, ATƏT-in MQ-dən təkliflər gözlədiyini də dilə gətirdi. Göründüyü kimi, belə yanaşma tərzi N. Paşinyan kimi dar siyasi təfəkkürə malik olan birisinə aid ola bilməz.

Mütləq Qərbin təlimatlarına uyğun mövqe sərgiləyən Paşinyan vəziyyətin gərginləşərək, açıq münaqişə həddinə çatması üçün əlindən gələni etməkdədir.
 

MÖVZU İLƏ BAĞLI:

"Laçın dəhlizində postumuz qurulacaq..." – Bakı sentyabrın 27-si üçün nə planlaşdırır?


Qərbin regionda fəallığına xidmət edəcək münaqişə vəziyyətinin yaranması həm də digər istiqamətdə də məqsədlərə çatmaq üçün cəhdlərə yol açır. Sərhəd boyu təxribatlar törədən Ermənistan Azərbaycanın daha sərt cavab reaksiyasına nail olmağa çalışır ki, KTMT-inin proseslərə qoşulması üçün əsas yaransın. Hesab edirəm ki, əsl məqsəd KTMT-nin proseslərə cəlb edilməsindən ibarət deyil. Əksinə təşkilatın real olaraq, proseslərə qoşulması Paşinyana təlimatlar verən Qərb dairələrinin maraqları ilə ziddiyyət təşkil edir. Belə olan halda strateji məqsəd bütün vəziyyətlərdə KTMT-dən imtina almaqla, erməni cəmiyyətində antirusiya meylliliyini gücləndirməkdən ibarətdir.
 

İctimai rəy də Qərbin tərəindən olduqda, Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq üçün əlavə təsir elementi yaranmış olacaq.


Aİ-nin Ermənistana az qala onun büdcəsi qədər maliyyə yardımı ayırması da birbaşa geosiyasi hədəflərə hesablanıb. Azərbaycan öz güc mövqeyində daha da güclənməkdədir. Bununla yanaşı, proseslərdən Rusiya da narahat olmalıdır. Ermənistanın Rusiya ilə şantaj dili ilə danışması da Moskvanın nəzərindən qaçmamalıdır. Rusiyanın müdafiə naziri S. Şoyqunun Ermənistan ordusunun modernləşməsində yenidən formalaşmasında dəstək təklifi əslində işğalçı Ermənistanın hərbi cəhətdən zəif durumuna işarə idi. S. Şoyqu əlavə olaraq, bunun həm də asan olmadığını bildirmişdir.

Bu da, ona işarədir ki, Moskva Ermənistanın hərbi təxribatlarının arxasında heç bir real gücün olmadığını kifayət qədər dəqiq bilir.

Lakin bütün hallarda Rusiya özünün beynəlxalq imici haqqında da düşünməlidir. Çünki, onun vasitəçiliyinin artıq baş tutmuş bir prosesin fiaskoya uğraması imicinə ciddi zərbə vura bilər. Azərbaycan isə, uğurla tətbiq etdiyi strategiyanı yenidən təkrarlaya bilər.

Yəni, Ermənistanın intensivləşən təxribatlarına yenidən sərt cavabı veriləcəyi təqdirdə qələbəməzin yenə də siyasi və elementlərinin mövcudluğu sinxronluq təşkil edəcək".

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

End of content

No more pages to load

RADİO