ABŞ-ın Türkiyədəki meşə yanğınları ilə mübarizə üçün göndərdiyi 2 helikopter Türkiyəyə çatıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ABŞ-n Türkiyədəki səfirliyi feysbuk səhifəsində yayıb.
“Dostumuz və NATO-dakı müttəfiqimiz Türkiyə ilə öhdəliklərimizə sadiqik. Birlikdə daha güclüyük”, - məlumatda qeyd edilib.
Helikopterlərlə birlikdə 18 ekipaj üzvü yanğınların söndürülməsində iştirak edəcək.
Bizim.Media