Rusiyanın Tatarıstan respublikasının paytaxtında ənənəvi müsəlman kinosu festivalı keçiriləcək.
Bizim.Media “RİA Novosti”yə xəbər verir ki, festival sentyabrın 5-dən 10-dək davam edəcək. Müsabiqənin proqramına 45 ölkədən 50 film daxil olunub.
Builki festival “Mədəniyyətlərarası dialoqdan – dialoq mədəniyyətinə” şüarı ilə keçiriləcək.
Qeyd edək ki, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı 2005-ci ildə təsis olunub. Onun rəhbəri Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Ravil Qaynutdindir.
Bizim.Media