Nigeriyanın Kebbi əyalətində vəbadan ölənlərin sayı 146 nəfərə çatıb.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Sir Yahaya Memorial Xəstəxanası məlumat yayıb.
Məlumata görə, Kebbi əyalətinin Sakaba bölgəsində ilk vəba hadisəsi qeydə alındıqdan sonra epidemiya 20 əyalətə yayılıb.
Kebbi əyalətində isə 2028 nəfər vəbaya tutulub.
Hökumət epidemiyadan zərər çəkmiş bölgələrə təcili dərman və tibbi ləvazimat göndərir.
Bizim.Media