Əfqanıstanın Qəndəhar əyalətinin Spin-Boldak rayonu “Taliban” qruplaşmasının nəzarəti altına keçəndən sonra 100-dən çox dinc sakin öldürülüb.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Məlumata görə, terrorçular Spin-Boldak rayonunda günahsız sakinlərin evlərini qarət edib, yüzlərə dinc insan qətlə yetiriblər.
Məlumata görə, Pakistanla sərhəddə yerləşən Spin-Boldak rayonu “Taliban” qruplaşması tərəfindən ələ keçirlmişdi. Bir müddət sonra Əfqanıstanda ordusu rayonu azad edib.
Bizim.Media