Xalq artisti Nazpəri Dostəliyeva mərhum oğlu Əlinin məzarını ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Sənətçi paylaşdığı videoya “5 ildir sənsiz keçirdiyimiz ad günün mübarək. Ad günün mübarək, oğlum. Ad günün mübarək, ata" şərhini yazıb.
Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə, 41 yaşında ürək çatışmazlığından vəfat edib.
Bizim.Media