Bu dərmanları uşaqlara vermək olmaz! – Pediatrdan valideynlərə MÜRACİƏT

Uşaqlarda qızdırma, öskürək və ya digər narahatlıqlar zamanı valideynlər çox vaxt evdə olan dərmanlardan istifadə edir. Ani xəstəlik yarananda valideynlərin tez müdaxilə etməsi təbiidi. Burada hər yüngül xəstəlik üçün həkimə müraciət ehtiyacının olmaması da rol oynayır.

Bəs, yanlış hallarda verilən dərmanlar vəziyyəti daha da ağırlaşdırsa, necə?

Ümumiyyətlə hansı qrup dərmanları həkim məsləhəti olmadan uşaqlara vermək olar yaxud olmaz?

Pediatr Vaqif Qarayev Bizim.Media-ya açıqlamasında bildirdi ki, bir yaşına qədər uşaqlara heç bir halda həkim məsləhəti olmadan dərman vermək olmaz:

“Xüsusən bir yaşına qədər uşaqlara həkim məsləhəti olmadan heç bir dava-dərman verilə bilməz. Digər yaş qruplarına isə evdə ancaq qızdırmasalıcılar verilə bilər. Onu da valideyn düzgün dozalaşdıra bilərsə olar. Apteklərdə bəzən şahidi oluram, valideyn deyir ki, uşağımın boğazı ağrayır və qızdırması var.

Aptekdəki satıcı ən azı iki antibiotik verərək iksinin də yaxşı olduğunu və istifadə edə biləcəyini deyir. Bu kökündən yanlış yanaşmadır. Həkim qəbulunda tibbi göstərişə uyğun olaraq antibiotik yazanda bəzi valideynlər etiraz edirlər.

Onlar bilmirlər ki, antibiotik niyə olmaz.

Sadəcə ətraflarından antibiotikin yaxşı dərman olmadığını eşidiblər. Amma aptekdəki satıcının verdiyi antibiotikə heç kim etiraz etmir. Bütün dünyada qəbul olunmuş bir qayda var: antibiotiklər ancaq həkim resepti ilə aptekdən buraxıla bilər və uşaq ondan istifadə edə bilər. Qalan bütün hallarda düzgün deyil”.

Hansı hallarda evdə istifadə olunan preparatlar uşaqların sağlamlığı üçün təhlükə yaradır?

“Bəzən uşaqları xəstəxanaya artıq xəstəliyi gecikmiş və ağırlaşmış vəziyyətdə gətirirlər. Valideynin çantasında müxtəlif qruplara aid çoxlu dərman var. Hamısını da uşağa özü verib, bu yanlışdır. Görünürsə ki, bir-iki gün sonra vəziyyət yaxşılaşmaqdansa ağırlaşır, verilən dərmanlar dayandırılmalıdır”.

Həkim son olaraq qızdırma olduğu halda, kiçik simptomlarda qızdırmasalıcılardan istifadə oluna biləcəyini bir daha xatırladıb:

“Əslində dünyanın bir çox ölkələrində hər xırda işə görə həkimə müraciət etməmək üçün qızdırmasılıcılar hətta apteklərdə yox marketlərdə satılır. Ancaq bunu da  mütləq düzgün dozalaşdırmaq lazımdır”.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki cərrah məsuliyyətə cəlb olundu - VİDEO

İki cərrah məsuliyyətə cəlb olundu - VİDEO

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

End of content

No more pages to load

RADİO