Ukraynadan SƏRT XƏBƏRDARLIQ – Qələbə günündə Moskvada hansı “sürpriz” HAZIRLANIB? – ÖZƏL

Rusiyanın elan etdiyi atəşkəsi qəbul etməyən Ukrayna hücumlarına davam edir. Belə ki, son bir neçə saat ərzində Ukrayna Rusiyanın bir neçə bölgəsinə PUA zərbələri endirib. Xüsusən Yaroslavl vilayətində və Rostovda neft emalı zavoduna hücumlar olub.

İlkin məlumata görə, zərbələrdən sonra “Slavneft-YANOS” neft emalı zavodunda güclü yanğınlar baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadan Rostova PUA HÜCUMU – Zavodlar alovlara qərq oldu – VİDEO


Həmçinin Rusiya sabah, 9 May Qələbə bayramına hazırlaşır və bir neçə ölkənin dövlət və hökumət başçısı da tədbirdə iştirak edəcək.

Bəs Ukraynanın sabah Moskvaya hücumu gözlənilirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bildirib ki, Ukraynanın həftənin, ayın və ilin istənilən günündə, hər hansı bayram olub-olmamasından asılı olmayaraq, Rusiya Federasiyasının ərazisinə zərbələr endirmək üçün tam hüquqi, qanuni və mənəvi haqqı var:

“Bizi Rusiyada 9 Mayın qeyd olunması və bu bayrama verilən önəm qətiyyən dayandırmır. Rusiya işğalçı dövlətdir. Buna görə də biz Pasxa, 9 May, Putinin ad günü, Yeni il və ya Milad bayramı olmasından asılı olmayaraq, onun ərazisinə sistemli zərbələr endiririk. Onsuz da hər gün hansısa bayram var. Buna görə də düşünrəm ki, Rusiyanın bu cür bəyanatları bizi dayandırmamalıdır”.

Kovolenko əlavə edib ki, Ukraynanın həyata keçirdiyi bu sistemli zərbələr əsasən hərbi obyektlərə yönəlir.

Bu zərbələr neft emalı zavodlarına, anbarlara, aerodromlara, Rusiya ordusunun yerləşdiyi və bazalaşdığı digər məntəqələrə edilir:

“Bu səbəbdən düşünmürəm ki, bizim üçün Qırmızı Meydana zərbə endirmək maraqlı hədəf olsun. Çünki orada çoxlu sayda mülki əhali olur. Biz Rusiya ərazisinə, xüsusilə də işğal olunmuş ərazilərə zərbələr endirərkən, mülki əhali arasında mümkün itkiləri minimuma endirməyə çalışırıq. Daha dəqiq və yüksək dəqiqlikli zərbələr həyata keçirməyə üstünlük veririk.
 

Bu səbəbdən, əgər Qələbə Günü Rusiya ərazisinə zərbə endirilərsə, bu zərbənin Qırmızı Meydana yönəlməyəcəyi dəqiqdir. Onun tamamilə başqa hədəflərə yönələcəyi ehtimal olunur. Ola bilsin ki, zərbələr Moskva vilayəti və ya Moskvanın özündə həyata keçirilsin, amma dəqiq olan budur ki, Qırmızı Meydan hədəf olmayacaq”.


Lakin ekspert Qırmızı Meydana mümkün hücumu da istisna etməyib:

“Bu qərar, əlbəttə ki, yalnız Ukraynanın Ali Baş Komandanı, Prezident Volodimir Zelenski tərəfindən verilə bilər. Lakin yenə də mənim fikrimcə, bizim 9 Mayda belə sistemli əməliyyatlar həyata keçirmək üçün həm mənəvi, həm də hüquqi baxımdan tam haqqımız var. Xüsusilə də ona görə ki, Rusiya Federasiyası Volodimir Zelenskinin mayın 5-dən 6-a keçən gecədən etibarən daha uzunmüddətli atəşkəs və ya sülh təklifini tamamilə rədd etdi. Əksinə, Rusiya Ukrayna ərazisinə zərbələr endirdi və əsasən mülki obyektləri hədəfə aldı. Nəticədə onlarla dinc sakin həlak oldu”.

Ekspert əlavə edib ki, Rusiya bu şəkildə Ukraynaya qanlı çağırış etdi və özü üçün nisbətən sakit keçə biləcək 24 və ya 48 saatlıq müddət öncəsində belə faciəni davam etdirdi:

“Biz yalnız rusların bundan sonra da ukraynalıları öldürmək istədiyini görürük. Eyni zamanda onlar istəyirlər ki, ukraynalılar onların ultimatumlarına uyğun davransın və həmin tələblərə əməl etsinlər. Düşünürəm ki, Rusiya tərəfindən verilən bu təklifin cavabsız qalması yanlış addım olardı. “Sükut rejimi”nin qorunması barədə çağırışlara gəlincə isə, məncə, hazırkı vəziyyətdə əksinə proses müşahidə olunur”, - deyə A.Kovolenko əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO