Xüsusi icra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ

Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün 1 aprel tarixində elan olunmuş müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb. 

Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar, Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə test imtahanı 12 iyun 2026-cı il tarixində keçiriləcək. 

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək imtahan saat 10:00-da başlanacaq. 
 

Test imtahanı Mərkəz tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar, hər bir namizəd imtahana buraxılış vərəqəsini Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.


İmtahanda namizədlərə xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək.

Qanunvericilik üzrə hər sual 1 balla, digər sualların hər biri 0.5 balla qiymətləndiriləcək. Test imtahanında mümkün 80 baldan 55 və daha artıq bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.

Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlarla namizədlər linkə daxil olaraq tanış ola bilərlər.

Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslər “Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma Qaydası”nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına təqdim etməlidirlər.
 

Təqdim etdiyi sənədlərə görə “Xüsusi icra məmurları haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar.


Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

Yuxu görərkən beyində nə baş verir?

Yuxu görərkən beyində nə baş verir?

Ukrayna bu mövqeləri geri qaytardı

Ukrayna bu mövqeləri geri qaytardı

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO

Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO

38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

Bakıda Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI – FOTO

Bakıda Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI – FOTO

Emili Ratakovski pərəstişkarlarını heyran etdi – FOTO

Emili Ratakovski pərəstişkarlarını heyran etdi – FOTO

80 yaşlı Silvester Stallone: "Əsl məhəbbəti yalnız 70 yaşımda anladım"

80 yaşlı Silvester Stallone: "Əsl məhəbbəti yalnız 70 yaşımda anladım"

Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR

Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR

Əli Həsənovun qızı Dubayda mağaza açdı - FOTO

Əli Həsənovun qızı Dubayda mağaza açdı - FOTO

İş elanlarında əməkhaqqı göstərilmirsə... – Hansı cəzası var?

İş elanlarında əməkhaqqı göstərilmirsə... – Hansı cəzası var?

Peskovdan məntiqsiz AÇIQLAMA: Rusiya Qərbin mövqeyinə görə hərbi əməliyyatı davam etdirir

Peskovdan məntiqsiz AÇIQLAMA: Rusiya Qərbin mövqeyinə görə hərbi əməliyyatı davam etdirir

Toylarda menyu dəyişir: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

Toylarda menyu dəyişir: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?

Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?

Rusiyada yaşayan soydaşlarımızla bağlı FƏRMAN - Pul köçürmələri MƏHDUDLAŞDIRILIR

Rusiyada yaşayan soydaşlarımızla bağlı FƏRMAN - Pul köçürmələri MƏHDUDLAŞDIRILIR

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Lavrov mandatından imtina etdi

Lavrov mandatından imtina etdi

Sabunçu rayonunda antisanitar vəziyyət - FOTO

Sabunçu rayonunda antisanitar vəziyyət - FOTO

İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı FOTOLAR

İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı FOTOLAR

Məşhur “Darnitsa” şirkəti bombardman edildi - İllərdir “qəpik-quruşa” aldığımız dərmanlar bahalaşacaq?

Məşhur “Darnitsa” şirkəti bombardman edildi - İllərdir “qəpik-quruşa” aldığımız dərmanlar bahalaşacaq?

Sumqayıtda “BYD” ilə toqquşan “Ford” aşdı – FOTO

Sumqayıtda “BYD” ilə toqquşan “Ford” aşdı – FOTO

End of content

No more pages to load

RADİO