ABŞ Prezidenti Cozef Bayden Ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək.
Bizim.Media xəbər verir ki, Ağ Evin mətbuat katibi Cen Psakinin açıqlamasına görə, görüş avqustun 30-u Vaşinqtonda baş tutacaq.
"Prezident Cozef bayden Ukrayna Prezidenti Vladimir Zelenskini avqustun 30-u Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyir" - C.Psaki deyib.
Mətbuat katibi qeyd edib ki, səfər enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlığı və ABŞ-ın Zelenskinin korrupsiyaya qarşı mübarizə və islahatların həyata keçirilməsi üzrə səylərinə dəstəyini təsdiqləyəcək.
Bizim.Media