Türkiyənin Rizə şəhərində baş vermiş sel və daşqınlar nəticəsində 47 bina tamamilə dağılıb, 99 binada ciddi zədə aşkarlanıb.
Bizim.Media xəbər verir ki, təbii fəlakət nəticəsində 41 maşın yararsız hala düşüb. Fəsadların aradan qaldırılması üçün bərpa işləri davam edir.
Ətraf vilayətlərdən təbii fəlakət bölgəsinə xilasedicilər cəlb olunub.
Qeyd edək ki, güclü yağış və fırtınalı hava şəraiti iyulun 16-dan başlayıb, 6 nəfər ölüb, iki nəfər itkin düşüb.
Bizim.Media