Hindistanda “quş qripi”ndən ilk insan ölümü qeydə alınıb.
Bizim.Media-nın xarici mətbuata istinadən xəbərinə görə, "quş qripi"-nin ilk qurbanı 11 yaşlı uşaqdır.
İyulun 2-də uşaq yüksək hərarət və öskürəklə xəstəxanaya yerləşdirilən uşağın əvvəlcə koronavirusa yoluxduğu düşünülüb, lakin testin cavabı mənfi olub. Müayinə zamanı uşağın “quş qripi”nə yoluxduğu məlum olub.
Hazırda uşaqla təmasda olan insanların siyahısı hazırlanır.
Bizim.Media