Qusarda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Fizulinin azad olunmasına görə"medallarına layiq görülmüş müharibə iştirakçılarına medallar təqdim edilib.
Bizim.Media xəbər verir ki, təltif edilmiş şəhidlərin medalları isə ailə üzvlərinə verilib.
Təltifləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin Qusar rayon rəisi Müseyib İbrahimov və Qusar İH-nin şöbə müdiri Turab Allahverdiyev təqdim edib.
Verilən məlumata görə,indiyədək Qusarda 11 şəhid ailəsinə və 10 müharibə iştirakçısına 20-dən artıq medal təqdim olunub.
Aytəkin Alxaslı