Azərbaycanla İran arasında anlaşma imzalanacaq

Yaxın gələcəkdə İranla Azərbaycan arasında dənizçilik üzrə anlaşma imzalanacaq.

Bizim.Media xəbər verir ki, bunu İranın "Khazar" Gəmiçilik Şirkətinin icra direktoru Davud Təfti deyib.

D.Təftinin sözlərinə görə, bu anlaşma əsasən Şərq-Qərb Dəhlizində tranzit üzrə olacaq.
Təfti əlavə edib ki, İran Azərbaycanla birlikdə Şimal-Cənub Dəhlizini aktivləşdirib. Bundan əlavə Şərq-Qərb Dəhlizində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.

Şirkət rəsmisi bildirib ki, Azərbaycan və İran Şərq-Qərb və Şimal-Cənub Dəhlizlərində yerləşirlər və Avropadan daşınan məhsullar bu vasitə ilə Fars körfəzinə nəql olunacaq:

“Avropadan Asiya istiqamətində daşınan məhsullar Azərbaycan limanları vasitəsi ilə İran limanlarına nəql olunacaq. İran limanlarından isə şərq ölkələrə, o cümlədən Əfqanıstan və Pakistana daşınacaq”.

Təfti qeyd edib ki, “Khazar” Dənizçilik Şirkəti Cənubi Koreyadakı nümayəndəlik vasitəsi ilə müəyyən infrastrukturlar yaradıb ki, məhsullar birbaşa Cənubi Koreyadan İranın cənub limanlarına daşınsın və oradan dəmiryolu vasitəsi ilə və ya şimal limanları vasitəsi ilə Azərbaycana daşınsın.

Şirkət rəsmisinin sözlərinə görə, tranzit sahəsində müstəqil şəkildə addım atmaq mümkün deyil.

Müştərilərə daha yaxşı xidmətlər təqdim edə biləcək hər bir addım bütün orqanlar tərəfindən dəstəklənməlidir. Misal üçün dəmiryolu bir sahədə daha uğurludursa, bütün digər orqanlar, o cümlədən gəmiçilik dəmiryoluna köməklik göstərməlidir ki, tranzit artsın.

Təfti qeyd edib ki, “Khazar” Gəmiçilik Şirkətinin məqsədi limanların potensialından maksimum istifadə etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müasir cizgi filmləri uşaqların nitqini LƏNGİDİR – Loqopeddən valideynlərə XƏBƏRDARLIQ

Müasir cizgi filmləri uşaqların nitqini LƏNGİDİR – Loqopeddən valideynlərə XƏBƏRDARLIQ

Bakıda sərnişin avtobusu yük maşınına çırpıldı - VİDEO

Bakıda sərnişin avtobusu yük maşınına çırpıldı - VİDEO

Azərbaycanda miqrasiya sahəsində xidmətlərdən 27-si artıq elektronlaşdırılıb

Azərbaycanda miqrasiya sahəsində xidmətlərdən 27-si artıq elektronlaşdırılıb

Bakıda marketin liftinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Bakıda marketin liftinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Azərbaycanın qadın güləşçiləri Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanın qadın güləşçiləri Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

Alimlərin ARAŞDIRMASI: Dinozavrların nəsli cəmi bir neçə saat ərzində kəsilib

Alimlərin ARAŞDIRMASI: Dinozavrların nəsli cəmi bir neçə saat ərzində kəsilib

Universitet seçiminə kömək edəcək sərgi AÇILDI – Abituriyentlər üçün yeni İMKAN – FOTO

Universitet seçiminə kömək edəcək sərgi AÇILDI – Abituriyentlər üçün yeni İMKAN – FOTO

Zelenski: Krımın qaytarılması məsələsi hələ müzakirə olunmur – VİDEO

Zelenski: Krımın qaytarılması məsələsi hələ müzakirə olunmur – VİDEO

Bank sektorunun aktivləri 61 milyard manata yaxınlaşdı

Bank sektorunun aktivləri 61 milyard manata yaxınlaşdı

Peşə seçimi ilə bağlı psixoloji testlər ödənişsiz olacaq

Peşə seçimi ilə bağlı psixoloji testlər ödənişsiz olacaq

Odessada avtomobil partladı – ÖLƏN VAR – VİDEO

Odessada avtomobil partladı – ÖLƏN VAR – VİDEO

Durovu Rusiyada ömürlük həbs CƏZASI gözləyir

Durovu Rusiyada ömürlük həbs CƏZASI gözləyir

Azərbaycanda problemli kreditlərin məbləği son bir ildə 36 %-dən çox artıb

Azərbaycanda problemli kreditlərin məbləği son bir ildə 36 %-dən çox artıb

Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşdı

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşdı

Doktoranturaya təqdim edilən 11 dil sertifikatı SAXTA çıxıb

Doktoranturaya təqdim edilən 11 dil sertifikatı SAXTA çıxıb

Sevgi, pul və karyera - Bürclər bu günə nə DEYİR?

Sevgi, pul və karyera - Bürclər bu günə nə DEYİR?

Magistratura nəticələri BU TARİXDƏ açıqlanacaq

Magistratura nəticələri BU TARİXDƏ açıqlanacaq

Pavel Durov terrorizmə yardım etməkdə İTTİHAM OLUNUR

Pavel Durov terrorizmə yardım etməkdə İTTİHAM OLUNUR

Sikorski: “Putin çıxılmaz vəziyyətdədir, riskli addım ata bilər”

Sikorski: “Putin çıxılmaz vəziyyətdədir, riskli addım ata bilər”

İran atəşkəsdən sonra ABŞ bazasına ballistik raketlərlə zərbə endirdi – VİDEO

İran atəşkəsdən sonra ABŞ bazasına ballistik raketlərlə zərbə endirdi – VİDEO

Daha bir bələdiyyə sədri saxlanıldı

Daha bir bələdiyyə sədri saxlanıldı

Ermənistanın yığmasının baş məşqçisi Bakıdakı dünya çempionatından danışdı

Ermənistanın yığmasının baş məşqçisi Bakıdakı dünya çempionatından danışdı

Şirvanın bəzi hissələrində qaz kəsiləcək

Şirvanın bəzi hissələrində qaz kəsiləcək

End of content

No more pages to load

RADİO