Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
Bizim.Media xəbər verir ki, 9 ay əvvəl itkin düşən kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.
O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.
Allah rəhmət eləsin!
Bizim.Media