Bakının Nyu York şəhəri kimi tikilməsinə kimlər mane oldu? - FOTO

Şəkillərdən birində paytaxtın "Tarqovı” məhəllə kimi tanınan ərazisində, Natəvanın heykəlinin arxasında yerləşən və keçən ilin sonlarında sökülən "Azərbaycan” kinoteatrı olan küçədir və digərində Nyu Yorkun "Times Square" adlanan küçəsi və mərkəzidir.

Bizim.Media xəbər verir ki, Bakı şəhərinin baş planı hazırlanan zaman buranın Amerikanın ən böyük şəhərlərindən olan Nyu Yorkun salınma planına uyğun salınması nəzərdə tutulmuşdu.

Bakının ilk Baş Planı 1898-ci ildə həmin dövrün ən məşhur memarlarından biri olan N.A.fon Der Nonne tərəfindən hazırlanıb.

Der Nonnenin məqsədi Bakının genişləndirilməsi idi və məhz onun layihəsi əsasında şəhərin Dağüstü hissəsində tikintilər aparılırdı. Der Nonnenin planı 1900-cı ildə tam başa çatdırıldı. Şəhərsalma prinsiplərinə görə, Bakının inkişafı müxtəlif layihə prinsipləri üzrə ola bilərdi. Der Nonnenə Çindəki Pekin və ya Kioto, ABŞ-dakı Çikaqonun baş planı "şahmat planlaşdırması" forması, Rotterdam, Neapol, San-Fransisko və ya Milan isə zolaqvari, yaxud xətti;  Nyu-York radial-həlqəvari; Paris və ya Rio de Janeyro - çoxşüalı, ulduzvari; Stokholm və ya Kiyev - çoxnüvəli, ləçəkvari; İstanbul və ya Tokio isə qeyri-nizami struktur forması təklif edilir ki, məhz Bakı bu formada tikilə bilər. 

Der Nonnen Bakının  Nyu-York radial-həlqəvari formasında tikilməsinə üstünülük verir və neft və milyonlar səltənəti olan Azərbaycanın paytxatı olan Bakını dünyanın maliyyə paytaxı olan Nyu York kimi olmasını seçir. Onun fikirinə görə gələcəkdə bu iki şəhər dünyanın mərkəzləri ola bilərdi.

Amma əvvəlcə Birinci Dünya Müharibəsi başlandı, sonra bolşevik inqilabı oldu. Plan unuduldu. "Kimin nəyinə gərəkdi bu kağız parçası" - bolşevik Bünyad Sərdarov özü kimi bolşevik Çingiz İldırıma Bakının planı ilə bağlı belə deyib.

İllər keçdi, 1932-ci ildə Bakının ikinci Baş Planı işləndi, 32 il sonra da Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqlədi.

Proses bitməmişdi. 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olundu. Həmin sənəd 2005-ci ilədək olan dövrü əhatə edirdi. Bir sözlə sovetlər bütün imkanlarını ortaya qoyaraq Bakının Nyu York formasında tikilişinə mane oldular və hələ XIX əsrin sonu XX əsrin əvvələrində hazırlanan planı arxivə atdılar. (Dosent Zaur Əliyev)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu yay ən böyük dəyişimi yaşayacaq 3 BÜRC

Bu yay ən böyük dəyişimi yaşayacaq 3 BÜRC

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

End of content

No more pages to load

RADİO