Prokurorun 11 il cəza tələb etdiyi iş adamı bəraət aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Müşfiq Muxtarovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Muxtarova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

O, 2020-ci ilin sentyabrında həbs olunub. Məhkəmədə prokuror onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

M.Muxtarov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.

İttihama əsasən, M.Muxtarov Loğman Hacıyevdən xaricdən qızıl külçələr gətirib, qazanc əldə etmək adıyla üç dəfəyə 2 milyon 19 min pul alıb və qaytarmayıb.

M.Muxtarov isə özünü təqsirli bilməyərək ifadəsində bildirib ki, L.Hacıyev birgə biznes məqsədilə ona cəmi 1 milyon 600 min manat pul verib. İş adamının sözlərinə görə, bunun müqabilində də 200 min qazanc götürüb:

“Devalvasiyadan sonra işlərin yaxşı getmədiyini, qazanc olmadığını gördüm və 1 milyon 600 min manatını qaytardım. O, devalvasiya olduğunu əsas gətirib, məndən pulu dolların əvvəlki kursuyla hesablayıb, tələb etməyə başladı. Görəndə ki, məndən əlavə pul ala bilmir, əsassız şikayətlər yazmağa başladı”.

L.Hacıyev isə dindirilən zaman deyib ki, M.Muxtarova verdiyi pulun 810 min manatı özünün, 741 min manatı qardaşının, 468 min manatı isə başqa Müzəffər Həsənov adlı tanışının olub.

Onlar da qızıl külçə biznesinə sərmayə yatırmaq məqsədilə pul veriblər.

M.Muxtarov isə bunu da təkzib edərək deyib ki, əksinə, Loğman Hacıyev ona birgə işlərindən qardaşı və başqa tanıdıqlarının xəbərinin olmamasını istəmişdi. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İndi də Bolqarıstan Rusiyaya qarşı sanksiyalara QARŞI ÇIXDI

İndi də Bolqarıstan Rusiyaya qarşı sanksiyalara QARŞI ÇIXDI

Rəsmilər Ağdərədə “Dəmirli” Filiz Emalı Kompleksində - FOTO

Rəsmilər Ağdərədə “Dəmirli” Filiz Emalı Kompleksində - FOTO

Beş vəkil CƏRİMƏLƏNDİ

Beş vəkil CƏRİMƏLƏNDİ

Trampın "G7" liderləri ilə görüşdə zarafatı: "Mən bossam" – VİDEO

Trampın "G7" liderləri ilə görüşdə zarafatı: "Mən bossam" – VİDEO

Dnepropetrovsk vilayətinin 23 yaşayış məntəqəsindən əhali məcburi təxliyə edilir

Dnepropetrovsk vilayətinin 23 yaşayış məntəqəsindən əhali məcburi təxliyə edilir

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi – FOTO

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi – FOTO

"Adolf Hitler" pitsa sifariş etdi – POLİS SAXLADI - FOTO

"Adolf Hitler" pitsa sifariş etdi – POLİS SAXLADI - FOTO

Həyat yoldaşına sürpriz etmək istəyən kişi GÜLLƏLƏNDİ – ANBAAN VİDEO

Həyat yoldaşına sürpriz etmək istəyən kişi GÜLLƏLƏNDİ – ANBAAN VİDEO

Moskva səmasında mülki PUA-ların və yüngül təyyarələrin uçuşuna QADAĞA

Moskva səmasında mülki PUA-ların və yüngül təyyarələrin uçuşuna QADAĞA

Millimizin hücumçusu Rumıniya klubuna KEÇDİ

Millimizin hücumçusu Rumıniya klubuna KEÇDİ

Çinli məmur rüşvətə görə ölüm cəzasına MƏHKUM EDİLDİ

Çinli məmur rüşvətə görə ölüm cəzasına MƏHKUM EDİLDİ

"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibi BƏLLİ OLDU

"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibi BƏLLİ OLDU

Tramp: "Neftin qiyməti əvvəlki dövrlə müqayisədə daha ucuz olacaq"

Tramp: "Neftin qiyməti əvvəlki dövrlə müqayisədə daha ucuz olacaq"

Himayədar ailələrin sayı azalır - Mentalitet, yoxsa məsuliyyət qorxusu?

Himayədar ailələrin sayı azalır - Mentalitet, yoxsa məsuliyyət qorxusu?

Rusiya telekanalında İRQÇİ TƏKLİF: ABŞ-dan gələn qaradərili reperlərin cibinə narkotik vasitə qoyun - VİDEO

Rusiya telekanalında İRQÇİ TƏKLİF: ABŞ-dan gələn qaradərili reperlərin cibinə narkotik vasitə qoyun - VİDEO

Sertifikasiyanın ilk günü imtahanda 606 müəllim iştirak etdi

Sertifikasiyanın ilk günü imtahanda 606 müəllim iştirak etdi

Məşhur xanəndə: "3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm"

Məşhur xanəndə: "3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm"

Karapetyanın partiyasının deputatı toxunulmazlıqdan MƏHRUM EDİLDİ

Karapetyanın partiyasının deputatı toxunulmazlıqdan MƏHRUM EDİLDİ

Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır

Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Ukrayna belaruslu uşaqları daşıyan avtobusu VURDU – Ölən və yaralılar var – FOTO

Ukrayna belaruslu uşaqları daşıyan avtobusu VURDU – Ölən və yaralılar var – FOTO

Tramp: İranla razılaşma olmasaydı, dünyada depressiya baş verərdi

Tramp: İranla razılaşma olmasaydı, dünyada depressiya baş verərdi

Ülvi İsgəndərov daha bir il “Araz Naxçıvan”da

Ülvi İsgəndərov daha bir il “Araz Naxçıvan”da

Qonşularını görməmək üçün boş torpaq sahəsinə 67 milyon dollar xərclədilər

Qonşularını görməmək üçün boş torpaq sahəsinə 67 milyon dollar xərclədilər

End of content

No more pages to load

RADİO