Ukraynanın Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının (OVA) qərarına əsasən, bölgənin 23 yaşayış məntəqəsində əhalinin məcburi təxliyəsinə start verilib.
Bizim.Media xəbər verir ki, qərar xüsusilə Dnepropetrovsk vilayətinin Sinelnikovo rayonunun ərazisində yerləşən yaşayış məntəqələrini əhatə edir.
Təxliyə tədbirləri çərçivəsində sözügedən yaşayış məntəqələrində məskunlaşan uşaqlı ailələrin təhlükəsiz bölgələrə köçürülməsi məcburidir və bu ailələr qeyd olunan əraziləri mütləq tərk etməlidirlər.
Bizim.Media